Yeni iş yeri axtarmaq üçün

İş yerinin dəyişdirilməsi insanların həyatında çox normal bir addımdır. Təcrübələrə baxsaq görərik ki, yalnız bir neçə insan bütün həyatı boyu eyni iş yerində və eyni vəzifədə çalışmışdır. Bu o deməkdir ki, hər bir şəxs orta hesabla 4-7 il arası eyni vəzifədə çalışırlar. Bu ondan irəli gəlir ki, əgər kimsə gündəlik iş həyatında işləməklə yanaşı bacarıqlarını inkişaf etdirirsə avtomatik olaraq yeni və daha üst pozisiya əldə etmək üçün çalışır. Bunun üçün maksimum 7 ildən sonra yeni işini dəyişmək haqqında fikirləşməyə başlayırlar.

Əlbəttə ki, həyatda bəzən elə hallar olur ki, bunlar da iş yerlərinin dəyişdirilməsi ilə nəticələnir. Bunlara xəstəliklər, işdən atılma, şirkətin müflis olmağı, yaşayış yerinin dəyişdirilməsi və s, kimi hallarda bu problemlərlə üzləşirlər. Bu zaman belə bir sual ortaya çıxır. Necə yeni iş tapmalıyam?

Biz burda ən qısa zaman kəsiyində necə yeni iş tapmağın yollarını və qaydalarını qeyd edirik. İşçi qüvvəsi axını o deməkdir ki, hər zaman yeni işçi axtaran şirkətlər mövcuddur. Sizin vəzifəniz bunun kimi mövcud imkanlardan xəbərdar olmaq və özünüz haqqında informasiyaların iş axtaranların əlinə keçməsinə şərait yaratmaqdır. Siz bu məsələlərə müxtəlif aspektlərdən yanaşmalısınız:

*Şirkəti əhatə edən mühiti yaxşı öyrənin. Bu yolla şirkətin mövcud təbiətini axtarıb tapın; o nə istehsal edir, hansı xidmətləri göstərir, onun nağd pul axınını, gəlirini, sahiblərini, yerləşməsini, şirkətdəki personal haqqında və s. Bu kimi informasiyalar sizə İntervyu ərzində bir sıra müsbət təsir bağışlayacaqdır. Bu zaman siz həmin şirkət haqqında məlumatlanmış və təlimatlandırılmış olacaqsınız. Bunun kimi özəlliklər sizin digər namizədlərdən üstün olmağınız təsirini bağışlayacaqdır.

*Qəzetlər. Qəzetlərdə verilən elanları diqqətlə izləyin. Əgər siz onlardan lazımı qaydada istifadə edərsəniz bu imkanlardan yararlanma şansınızı artırır. Reallıqda budur ki, verilən vakansiyaların müraciət formalarında, siz ya zəng vurmalı, və ya CV-nizi poçt və elektron formada göndərməyiniz gərəkməkdədir. Ümumiyyətlə siz iş axtarmaqla yanaşı qəzetləri də gözdən keçirmiş olursunuz. Həmçinin biz onuda görürük ki, bəzən şirkətlər istədikləri namizədi tapa bilmir və bunun üçün həmin vakansiya haqqında elan hələ də həmin qəzetlərdə qalır.

*İnternet. İnternetin istifadəsi bizim gündəlik həyatımızda getdikcə daha önəmli olur. İnternetdə olan vakansiyaların həcmi daimi olaraq artan xətt üzrə inkişaf edir. İnternetdə iş axtararkən siz birbaşa məşğulluq portal kimi fəaliyyət göstərən veb ( misal üçün CVcenter.az ) səhifələrinə focus olmalısınız. Bundan sonra sizin karyeranızı qurmaqda planlaşdırdığınız ən yaxşı imkanların təklif olunmasına əmin ola bilərsiniz.

*Əmək yarmarkaları. Əmək yarmarkalarında iş tapmaq çox yaxşıdır. Hansı ki, eyni zamanda eyni yerdə yüzlərlə iş təklif olunur.

Hörmətlə: CVcenter.az Heyəti

4 thoughts on “Yeni iş yeri axtarmaq üçün

  1. Fidan Reply

    Sərhəd qosunlarınina goture bilersinizmi?

  2. Rahim Reply

    salam.iş axtarıram. 051 805 7972

  3. Ramil Huseynov Reply

    Salam. men tecili ish axtariram. 32 yashim var. ali tehsilliyem. magistr bitirmishem. bir cox vezifelerde calishmisham. Akkord inshaat senaye ASC-de tabel ucotcu ve kadr uzre mufettis, Agcabedi MMBM-de ekin ustasi ve Gence MMC-de icraci direktor kimi vezifelerde ishlemishem. cox ciddi ve mesuliyyetliyem. emek haqqi qane edecek qeder. 500aznden az olmamaq shertile….elaqe tlfnu- 050-689-08-80 Ramil

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>