Gəncə şəhərində Gənclərin Yaradıclıq Festivalı təşkil olundu

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində Oktyabrın 22 – 23 – də “Rəngli Gənclik” adlı Gənclərin Yaradıcılıq Festivalı təşkil olundu.

Oktyabrın 22- də təşkil olunan layihənin ilkin mərhələsində gənclərin iştirakı ilə sərgi reallaşdırıldı. Sərgi zamanı rəssamların əl işləri nümayiş olundu, gənc yazarların, musiqicilərin ifaları dinlənildi və gənclər arasında müsabiqələr təşkil olundu. İkinci mərhələsində yerli gənclərin iştirakı ilə 23 oktyabrda “Rəngli Gənclik” adlı parti həyata keçirildi.

Layihənin məqsədi Gəncə və ətraf bölgələrdə yaşayan və yaradıcılıqla məşğul olan gəncləri bir araya toplayaraq onları maarifləndirərək bir sərgi həyata keçirməkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *